İspaniyada bir gündə 674 nəfər öldü koronavirusdan

5 Aprel 2020 14:20 (UTC+04:00)

Son bir gündə İspaniyada 674 nəfər xəstə koronavirus infeksiyası səbəbindən ölüb və 6 mindən çox yeni COVID-19 infeksiyası aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bütün epidemiya dövründə koronavirusdan təsdiqlənmiş halların sayı 130 759, qurbanların sayı isə 12 418 nəfərə çatıb.
Hazırda 58 mindən çox insan xəstəxanalardadır, onlardan 6,8 mini reanimasiya şöbələrindədir. Xəstələrdən isə 38 min nəfəri sağalıb.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Hubei əyalətində naməlum mənşəli sətəlcəm xəstəliyi barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. COVID-19-un törədicisi yeni koronavirus SARS-CoV-2 olduğu müəyyən edilib. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.
Son hesablamalara görə, dünyada demək olar ki, 1,2 milyon insan koronavirusa yoluxub, 58 mindən çox insan isə həyatını itirib.