Gəncədə Daxili Qoşunlar karantin rejiminə nəzarət edir

5 Aprel 2020 13:31 (UTC+04:00)

Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri ilə bağlı vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlər yüksək səviyyədə təşkil edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən SİA-ya verilən məlumata görə, Daxili Qoşunların hərbçiləri ilə birlikdə Gəncə Şəhər Baş Polis idarəsinin əməkdaşları xüsusi karantin rejimin tələblərinin icrasına tam nəzarət edir.