İsraildə COVİD-19-a yoluxanların sayı 8 mini ötüb

5 Aprel 2020 12:36 (UTC+04:00)

İsraildə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artaraq 8018-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb. Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.