Son 24 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 79 min nəfərdən çox artıb, 6 mindən çox insan ölüb.
SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirib.
Statistikaya əsasən, dünyada 1051635 xəstə və 56985 ölən qeydə alınıb. Xəstəliyə yoluxanların sayı sutka ərzində 79,332 nəfər artıb, ölənlərin sayı isə 6664 nəfər artıb.
Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 583,141 və 42,334 hal. Gün ərzində oradakı xəstələnənlərin sayı 41333 nəfər artıb, ölüm hallarının sayı isə 5231 nəfər artıb.
Yoluxanların ən çox sayı ABŞ-da qeydə alınıb - 241 703 nəfər. Bunun ardınca İtaliya (119 827), İspaniya (117 710), Almaniya (85 778) və Çin (82 875) gedir.