Suriyanın Deyr-əz-Zor əyalətində terrorçular səkkiz dinc sakini öldürüb

5 Aprel 2020 08:18 (UTC+04:00)

Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində İŞİD terrorçuları səkkiz dinc sakini öldürüb.

SİA xəbər verir ki, bu barədə “Surya” telekanalı məlumat yayıb.

Məlumata görə, silahlılar həmin şəxsləri Əl-Mayedin şəhərindən qaçıraraq, onlara görə pul tələb ediblər. Girovlar Suriya səhrasındakı Ət-Tabni vahəsində saxlanılırmışlar.