"Ən çox yardıma ehtiyacı olan Nyu-York şəhərinə 1000 nəfərlik qoşun göndəriləcək" - ABŞ Prezidenti

5 Aprel 2020 01:54 (UTC+04:00)

ABŞ hökuməti ştatlarda koronavirusla mübarizə məqsədilə əlavə minlərlə əsgər göndərəcək.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdə brifinq zamanı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

“Ştatlara yardım etmək üçün əlavə çox sayda hərbi heyət ayıracağıq. Bunlar minlərlə hərbi personal, hərbi həkimlər, mütəxəssislər, tibb bacıları və həkimlər olacaq. Onlar əvvəldən hazır olmadıqları müharibəyə, döyüşə gedəcəklər”, - Tramp belə deyib.

Tramp əlavə edib ki, ən çox yardımın ehtiyac olduğu Nyu-York şəhərinə 1000 nəfərlik qoşun göndəriləcək.