ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 300 mini keçib

5 Aprel 2020 01:21 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 300 mini keçib.

SİA xəbər verir ki, bu məlumatlar şənbə günü federal və yerli hakimiyyət orqanlarının informasiyası əsasında hesablamalar aparan Con Hopkins Universiteti tərəfindən yayımlanıb.

Məlumata əsasən, ABŞ-da virusa yoluxanların sayı 300 915 nəfər təşkil edir. Ölənlərin sayı 7 826 nəfərdən 8.162 nəfərə qədər yüksəlib.

Sağalanların sayı 9 853 nəfərdən 14 459 nəfərə qədər yüksəlib.