Böyük Britaniyanın Leyboristlər partiyasına yeni sədr seçilib

5 Aprel 2020 00:52 (UTC+04:00)

Keir Starmer Böyük Britaniyanın Leyboristlər partiyasının sədri seçilib.

SİA xəbər verir ki, partiya üzvləri fevral ayından bəri poçt və e-poçt vasitəsilə yeni rəhbər üçün səs veriblər. Səsvermə prosesi cümə axşamı günü başa çatıb. K.Starmer səslərin 56,2 faizini toplayaraq partiyanın lideri seçilib.