Gəncədə boşanmaq istəyən qadın əri tərəfindən yandırılıb

5 Aprel 2020 00:30 (UTC+04:00)

Gəncədə boşanmaq istəyən qadının üzərinə əri benzin tökərək yandırıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.

34 yaşlı Könül Abbasova müxtəıif yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının bədəninin 50% nin yandığı məlum olub.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, qadını əri üzərinə benzin tökərək yandırıb. Səbəbi isə qadının ayrılmaq istəməsi və bunun üçün məhkəməyə müraciət etməsi olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov