Tanınmış meyxanaçılar "Evdə qal" aksiyasına qoşuldu - VİDEO

4 Aprel 2020 23:47 (UTC+04:00)

Koronavirusla əlaqədar məşhur simalar tərəfindən sosial layihələr davam edir.

SİA xəbər verir ki, xüsusi karantin rejimi dövründə əhalinin evdə qalması və tələb olunan qaydalara əməl etməsi üçün bu dəfə məşhur meyxanaçılar "#Evdə qal" aksiyasına qoşulublar. Belə ki, məşhur meyxanaçılardan Ağamirzə, Namiq Qaraçuxurlu, Mehman Əhmədli və Vasif Əzimov, Xalq artisti Natiq Şirinovun müşayiəti və öz parçaları ilə bu kampaniyaya dəstəklərini nümayiş etdiriblər. Baymedia sözügedən videoçarxın linkini təqdim edir:

https://www.youtube.com/watch?v=LWpcozB74OU