Türkiyədə koronavirusdan ölənlərin sayı 500 nəfəri ötdü

4 Aprel 2020 23:15 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində koronavirusdan daha 76 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir ölənlərin ümumi sayının 501 nəfər olduğunu qeyd edib.

F.Qoca, həmçinin 3013 yeni koronavirusa yoluxma halının olduğunu bildirib. Yoluxma hallarının ümumi sayı 23 934-ə çatıb.