TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

4 Aprel 2020 18:44 (UTC+04:00)

Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

TƏBİB-dən SİA-ya bildiriblər ki, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq müraciət edə bilərlər.