DİN "WhatsApp"da yayılan məlumatlara münasibət bildirdi AÇIQLAMA

4 Aprel 2020 17:08 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) "WhatsApp"da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Onun əavə edib ki, bunla bağlı yalan və uydurma məlumat yayan şəxslər məsuliyyətə cəlb olunacaq: "Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar"