Koronavirus üçün milyon dollar bağışladı Madonna

4 Aprel 2020 16:40 (UTC+04:00)

Madonna koronavirus dərmanı hazırlanması üçün bir milyon dollar bağışlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Variety" jurnalı təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı pop müğənni Madonna, COVID-19 koronavirusu üçün dərman axtaran "Bill & Melinda Gates Fondu"nun xeyriyyə fondu layihəsinə bir milyon dollar bağışlayıb.
"Pullar fondun özünə deyil, "Gates Philanthropy Partners" fondunun tərəfdaşları tərəfindən idarə olunan" COVID-19 "cavab fonduna gedəcək" deyə təşkilat nümayəndəsi bildirib.