Coronavirusdan ölən İspan Şahzadəsi

4 Aprel 2020 16:00 (UTC+04:00)

Parisdə İspan krallarının monarx ailəsinin nümayəndəsi koronavirusdan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "İnsider" nəşri xəbər verir.

Verilən xəbərə əsasən, İspaniya şahzadəsi Maria Theresa Burbon-Parma 86 yaşında vəfat edib. Qeyd olunur ki, 86 yaşlı qadın Parisdə vəfat edib, lakin vətənində dəfn edilib. Maria Terezanın ölümü qardaşı Şahzadə Sixtus Henrix Burbon-Parma tərəfindən bildirilib. Həmin 86 yaşlı şahzadənin əri və uşaqlarının olmadığı məlumdur.
Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına Uİhan şəhərində naməlum pnevmoniya növü haqqında məlumat verib. Sonra xəstəliyin törədicisi təyin olunub və onun yeni koronavirus SARS-CoV-2 olduğu ortaya çıxıb. COVID-19 adı verilən xəstəlik bütün dünyada sürətlə yayılıb. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.
Son hesablamalara görə, xəstəliyə dünyada demək olar ki, 1,1 milyon insan yoluxub, 58 mindən çox insan isə bu xəstəlik səbəbindən ölüb.