COVID-19 qurbanlarının meyitləri küçəyə atılır

4 Aprel 2020 15:38 (UTC+04:00)

Ekvadorda COVID-19 qurbanlarının meyitləri küçəyə atmağa başlayıblar. Meyitxanaların dolu olması səbəbindən koronavirus qurbanlarının cəsədləri Ekvadorda küçələrə atılır. SİA xəbər verir ki, sosial şəbəkələrdə yerli sakinlər insanların ölmüş qohumlarını evlərinin yaxınlığına atdıqlarını göstərən videolar yerləşdirirlər.

Videolardan birində istifadəçi tabut və zibil torbası olan bir yığının yolun kənarında necə qurulduğunu nümayiş etdirir.
Bir az əvvəl xəbər verilib ki, Ekvadorun ikinci böyük şəhəri Quayaquilin meri Cintiya Viteri hökuməti ölüləri dəfn etməyə çağırıb, çünki insanlar koronavirus qurbanlarının yaxınlarının cəsədləri ilə yaşamaq məcburiyyətində olduqlarından şikayət ediblər.
"CNN en Español" xəbər verir ki, Quayaquil şəhərində, tibb mexaniki süni tənəffüs cihazları və lazımi sayda çarpayı olmadığından çöküb. Koronavirus xəstələrinin axını səbəbiylə həkimlər və tibb bacıları işdən çıxmağa başlayıb.
Xatırladaq ki, dünyada 1 milyondan çox insan koronavirusa yoluxub, 50 mindən çox insan isə bu xəstəlik səbəbindən həyatını itirib.