Gürcüstanda koronavirusdan ilk ölüm

4 Aprel 2020 13:59 (UTC+04:00)

Gürcüstan həkimləri ölkədə koronavirusdan ilk ölüm halının baş verdiyini bəyan ediblər. SİA xəbər verir ki, bu barədə ölkə televiziyasında bildirilib.

Qeyd olunur ki, ölən şəxs 79 yaşlı qadındır və onda müvafiq xəstəliklər olub.

Gürcüstanda koronavirusa 156 nəfər yoluxub.