Azyaşlı köməksiz qaldı

4 Aprel 2020 11:45 (UTC+04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.