"Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda "prezident və parlament seçkisinə" qədər hansı namizədə və hansı qüvvələrə dəstək verdiyini gizlətməyə çalışırdı". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
"Ancaq Paşinyan hökumətin bugünkü iclasında simpatiyasının kimlərin tərəfində olduğunu bu sözlərlə biruzə verdi: "Araik Arutunyana elə birinci tura ikən prezident seçilməsi üçün cəmi bir neçə yüz səs çatmayıb. Parlament seçkisində əsas yerləri müxalifət partiyaları tutub".
Paşinyan üçün önəmli olan eks-prezident Robert Köçəryan tərəfdarı Vasiliy Balasardyanın "ikinci tura" keçməməsidir. "İkinci tura" keçən Mais Mailyan da Paşinyan üçün təhlükəli deyil"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.