273 min yoluxma, 7077 ölü ABŞ

4 Aprel 2020 10:35 (UTC+04:00)

ABŞ-da 7077 nəfər insan koronavirusdan həyatını itirib. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır. Eyni zamanda, Con Hopkins universiteti də bu rəqəmləri təsdiq edib. O cümlədən, sutka ərzində infeksiyaya yoluxanların sayının da artaraq ümumilikdə 273 minə çatdığı qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl amerikalı alimlər yeni tip koronavirusa qarşı peyvəndin nəticələrini bəyan etmişdi. Tibb işçiləri bunu qısa zamanda könüllülər üzərində tətbiq ediləcəyi icazəsini alacaqlarını düşünürlər.