Fatih Terim komandasının futbolçuları ilə videokonfrans vasitəsi ilə görüntülü danışıb

4 Aprel 2020 05:52 (UTC+04:00)

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim komandanın futbolçuları ilə videokonfrans vasitəsi ilə görüntülü danışıb.

SİA xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabından bildirib. Türk mütəxəssis videokonfransdan paylaşdığı şəklin altına yazıb: "Hamınız üçün çox darıxmışam. Sizləri görmək məni xoşbəxt etdi. Hamımızın birlikdə azarkeşlərlə görüşəcəyimiz günü gözləyirəm. Sağlıqla qalın".

Xatırladaq ki, koronavirusa yoluxan Terimin müalicəsi evində davam edir.