"Bengü-Türk azərbaycanlılar üçün kampaniyaya start verir" "Həyat evə sığar"

4 Aprel 2020 08:36 (UTC+04:00)

Türkiyədə fəaliyyət göstərən Bengü-Türk televiziya kanalında 2 ildən çoxdur ki, fəaliyyət göstərən və tamaşaçı auditoriyası toplamağa nail olan "Azərbaycan ruzigarı" proqramı "Evdə qal" kampaniyasına uyğun olaraq, bu bazar – 4 aprel 2020-ci ildə növbəti dəfə tamaşaçılarının görüşünə yenilikləri ilə gələcək. Proqramın müəllifi, telejurnalist Səidə Ömər bu barədə SİA-ya açıqlamasında bildirib ki, hazırda bütün dünyada yeni növ koronavirusla (COVİD-19) bağlı yaşanan narahatlıqlar qardaş Türkiyədə mövcuddur.

"Qlobal problemə çevrilən bu gözlənilməz və arzuolunmaq virus təhlükəsindən hər kəsin evə qapanması bəzi insanlarda ruh düşkünlüyü yaradır, pessimist ovqata kökləyir", deyən Səidə Ömər onu da qeyd edib ki, Türkiyədə təhsil alan tələbələrimizin də bir hissəsi hazırda qardaş ölkədə tələbə yataqxanallarında karantin rejiminə uymaqdadırlar: "Tələbələrimiz eyni zamanda xeyriyyəçi və mərhəmətli insanlardan dəstək alır, qısa zamanda bu günlərin arxada qalacaqlarına ümid edirlər. Mən də bütün bunları nəzərər alaraq "Azərbaycan ruzigarı" verilişinin azərbaycanlı tamaşaçıları üçün layihə hazırladım".

"Azərbaycan fimlərindən nostaljiyə çevrilən musiqilərimizi xatırladıb, Azərbaycanın sevilən şairələrindən olan Mədinə Gülgünün şerlərini səsləndirib, sonda da bir rəqs sürprizi etmək istəyirəm", deyn Səidə Ömər onu da bildirib ki, bununla "Azərbaycan rüzigarı"sevənlərə az da olsa yaşanan sıxıntılardan qurtaracağına ümid edir: "Bütün türk dünyasını bazar günü saat 20:00-da "BengüTürk TV"-nin ekran qarşısında olmağa dəvət edirəm və psixoloji gərginlik yaşadığımız bu günlərin ömrünün qısa olması diləyilə hər kəsə səslənirəm. "Evdə qalın, sağlıqlı qalın. Həyat evə sığar. Yaradan yardımçımız olsun!"