Cəlilabad rayonunun Göytəpə şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam edir

4 Aprel 2020 07:41 (UTC+04:00)

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Cəlilabad rayonunun Göytəpə şəhərində də operativ şəkildə icra olunur.

SİA xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və onun müavinləri Göytəpə şəhərində fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

Bununla barabər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə müşahidələr aparılıb.