Son sutka ərzində Fransada koronavirusdan 600-ə yaxın insan ölüb. Xəstəxanalarda qeydə alınan ölümlərin ümumi sayı 5 mindən çoxdur.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günə qədər ölkədə 64 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb.
Salomon qeyd edib ki, qocalar evləri ilə mütəmadi əlaqə saxlanılır, oradakı vəziyyət yaxından izlənilir: “Pandemiyanın başlandığı gündən qocalar evində 1,5 min insan ölüb. Beləliklə, ölkədə ölənlərin ümumi sayı 6,5 mindən çox oldu”.
Qeyd edək ki, martın 17-dən etibarən Fransada əhalinin küçələrdə hərəkəti məhdudlaşdırılıb. Yalnız zəruri hallarda müvafiq orqanlara müraciət əsasında evdən çıxmaq olar.