Hər yerdə karantin olmalıdır Bill Qeys

3 Aprel 2020 18:49 (UTC+04:00)

Amerikalı milyarder və xeyriyyəçi Bill Qeys ABŞ hakimiyyət orqanlarına koronavirus epidemiyasına qarşı mübarizə planını təklif edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Washington Post" qəzetinin bir köşə yazısında Qeyts ölkə hakimiyyətini, ilk növbədə, bütün ştatlarda dərhal karantin elan edilməsini tələb edib.

Yazıda qeyd olunur ki, ABŞ-ın bir sıra bölgələrində hələ də özünü təcridetmə rejimi tətbiq edilməyib və bəzi ştatlarda restoran və ictimai çimərliklər fəaliyyət göstərir. Qeys xəbərdarlıq edir ki, vətəndaşlar ölkə daxilində sərbəst hərəkət edə bilsələr, bu ABŞ üçün fəlakətə səbəb ola bilər.
"Rəhbərlərimiz məsələni bir kənara qoymamalıdırlar və karantin hər yerdə olmalıdır", deyə xeyriyyəçi milyarder əminliklə bildirib.