Koronavirusa necə qalib gəlmək olar? Amerikalı həkim

3 Aprel 2020 19:39 (UTC+04:00)

Amerikalı həkim Harvi Fainberq, ABŞ-da koronavirusun aradan qaldırılması üçün əzmkar və hədəfli bir kampaniya aparmaq çağırışı edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "New England Medicine" jurnalının bir məqaləsində bildilib.

Məqalədə bildirilib ki, məqsəd Çində, Uhanda olduğu kimi vəziyyəti yaxşıya doğru dəyişmək və infeksiyanı məhv etmək olmalıdır. Məqalə müəllifi ABŞ-da, koronavirusun iyunun əvvəlindən məğlub edilə biləcəyi addımları sadalayıb.
Feinberq "vahid komanda" yaratmağa çağırıb. Qeyd edib ki, prezident birbaşa ona hesabat verəcək xüsusi bir şəxsi təyin etməlidir. Nəzərə çatdırılıb ki, bu şəxs, həkimin izah etdiyi kimi, bütün mülki və hərbi vasitələri səfərbər etmək üçün "Amerika prezidentinin bütün gücü və səlahiyyətinə" sahib olmalıdır.