Merkel karantindən çıxdı

3 Aprel 2020 17:02 (UTC+04:00)

Almaniyanın Federal Kansleri Angela Merkel karantin bitdikdən sonra vəzifəsinə qayıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Steffen Zaybert, cümə günü deyib.

O, qeyd edib ki, Merkel 14 gün karantində idi.
"Artıq bu gün öz iş yerinə, Federal Kansler Ofisinə qayıdır", deyə Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib.
Merkelin koronavirus üçün müayinələri mənfi olub. O, martın 23-də Robert Kox İnstitutunun tövsiyəsi ilə COVID-19 sınaqlarından keçdiyini də özü bildirib. Kanslerə görə, infeksiya hər kəsə təsir edə bilər və Merkel yoluxmuş həkimlə təmasda olduğu üçün martın 22-də özü karantinə gedib.
Xatırladaq ki, 3 aprel tarixinə Almaniya Federativ Respublikasında 79,696 infeksiya aşkarlanıb, 1017 nəfər isə ölüb.