Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də nəcib təşəbbüsə qoşulub

3 Aprel 2020 16:48 (UTC+04:00)

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürdüyü təşəbbüsə qoşulub.

SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna doqquz min manat ianə edib.