Türkiyədə məhdudiyyət limiti 18 yaşın altına düşəcək

3 Aprel 2020 11:58 (UTC+04:00)

Türkiyədə koronavirus pandemiyasına görə əlavə tədbirlər görüləcək. SİA xəbər verir ki, komendant saatı 65 yaşdan 60 yaşa qədər azaldıla bilər, məhdudiyyət 18 yaşından aşağı yaşları da əhatə edə bilər.

Xüsusilə, nəqliyyat vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması da İstanbulda gündəmdədir.

Bu qərarların koronavirusun yayılma sürətini yavaşlatacağı ehtimal olunur. Xüsusilə, İstanbulda küçəyə çıxan insanların sayını minimuma endirmək üçün yeni tədbirlər planlaşdırılır.