Bakıda avtomobilin vurduğu piyada öldü

3 Aprel 2020 11:44 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindəb SİA-ya verilən məlumata görə, aprelin 2-si saat 09:00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.