Dayanacaq pavilyonları dezinfeksiya olunur - BNA

3 Aprel 2020 11:30 (UTC+04:00)

Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.

Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.