"Siyasi təxribatçılıq Ermənistan siyasətinin prinsiplərindən biridir" ÖZƏL-MÖVQE

3 Aprel 2020 11:20 (UTC+04:00)

"Ümumiyyətlə siyasi təxribatçılıq Ermənistan siyasətinin prinsiplərindən biridir". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, onlar təkcə Azərbaycana qarşı yox, eyni zamanda Türkiyəyə qarşı da bu siyasi təxribatları törədirlər: "Siyasi dairələr hər zaman bunu göstərmək istəyirlər ki, Ermənistanın əsas siyasi məqsədi guya tarixi ədaləti bərpa etməkdən ibarətdir. Onlar üçün tarixi ədalət Azərbaycan və Türkiyə torpaqlarını mənimsəməkdən ibarətdir. Əsas məsələ budur. Amma martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən “prezident seçkiləri” və onun nəticələrində əsas məqsəd isə ondan ibarət idi ki, Ermənistan dövləti daxildəki gərgin proseslərdən fikri yayındırsın. Bu gün Ermənistanda sosial-iqtisadi problemlər və koronovirus infeksiyası baş alıb getməkdədir. Digər tərəfdən əhalini öz məqsədləri ətrafında cəmləşməyə vadar etməkdir. İndi onun nə dərəcədə reallaşıb-reallaşmaması sual altındadır. Çünki ən pis, ağır vəziyyətdə sonda Ermənistan cəmiyyəti özü qalır”.