Azərbaycanda ".az" domeni alanların sayı artıb

3 Aprel 2020 11:08 (UTC+04:00)

Azərbaycanın milli domen zonasında (".az") 34 699 internet resursu qeydə alınıb. SİA xəbər verir ki, cari ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 1,8% artıb.

Qeydə alınan saytların ümumi sayının 32 370-i birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-mart ayları ərzində 2% artım müşahidə olunub.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə rüb üzrə qeydiyyatdan keçən saytların sayı 0,4% artaraq 1 314 ədəd təşkil edib.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 462 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 0,6% çoxdur.

Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü: