Kamil və Şəbnəm imkansız ailəyə yardım etdi VİDEO

3 Aprel 2020 10:16 (UTC+04:00)

Müğənni Şəbnəm Tovuzlu və idmançı Kamil Zeynallı imkansız ailəyə yardım edib. SİA-nın məlumatına görə, onlar birlikdə Pirallahıda yaşayan ailəyə baş çəkiblər.

Kamil Zeynallı da öz növbəstində imkanlı dostlarına üz tutaraq bu ailənin ev probleminin həll olunması üçün çağırış edib. Şəbnəm onun bu çağırışına cavab verib. Bildirib ki, yay aylarında həmin ailəyə 1 otaqlı ev hədiyyə edəcək.