Fidan Hacıyeva evindən tamaşaçılarla görüşəcək

3 Aprel 2020 09:38 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində aprelin 3-ü saat 17.00-da Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Fidan Hacıyeva evindən tamaşaçılarımızla görüşərək ünsiyyət quracaq.

İdarədən SİA-ya bildirilib ki, görüşü Baş İdarənin @bakimedeniyyetidaresi və Xalq artisti Fidan Hacıyevanın @fidan.haciyeva.official "Instagram" hesabları vasitəsilə canlı izləmək mümkündür.