Rüştü Reçberin son durumu ilə bağlı açıqlama

3 Aprel 2020 03:35 (UTC+04:00)

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin son durumu ilə bağlı müalicə olunduğu xəstəxanadan məlumat verilib.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı veteran futbolçunun durumunun hər gün daha da yaxşılaşdığı bildirilib:

"Bazar günü Covid-19 diaqnozu qoyulan və xəstəxanaya yerləşdirilən Rüştü Reçberin hələ də palatada təcrid və müalicəsi davam edir. Xəstəmizin ümumi vəziyyəti hər gün daha da yaxşılaşır".