Almaniyada yeni növ koronavirusdan ölənlərin sayı 1000 nəfəri keçib. Ölkədə son bir gündə 142 nəfər virusdan ölüb, 6,5 mindən çox adam yoluxub.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “N-tv kanalı” Almaniyanın federal əyalətlərinin səhiyyə və sosial işlər nazirliklərindən alınan məlumatlar əsasında bildirib.
Kanalın hesablamalarına görə, bu günədək 1001 Almaniya vətəndaşı xəstəliyin qurbanı olub. Ölkədə virusa yoluxanların sayı isə 79 450 nəfərə çatıb.