Belçika çempionatı davam etdirilməyə bilər - "Brügge" qalib elan olunacaq

2 Aprel 2020 21:40 (UTC+04:00)

Koronavirus pandemiyasına görə 29-cu turda dayandırılan Belçika çempionatı davam etdirilməyə bilər.

SİA xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Yüksək liqada mövsümün ləğv olunacağı bildirilib.

70 xalla lider olan "Brügge"nin çempion elan ediləcəyi, ikinci pillədəki "Gent"in Çempionlar Liqasına vəsiqəni təmin edəcəyi qeyd olunub.

Üçüncü yerdə olan "Şarlerua"nın Avropa Liqasının qrupunda, "Antverpen" və "Standard"ın isə təsnifat mərhələsində iştirak edəcəyi bildirilir.