Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu keçib.
SİA xəbər verir ki, ABŞ-dakı Cons Hopkins Universiteti şəxsi hesablamaları əsasında belə bir nəticəyə gəlib. Universitet rəsmi mənbələrdən və KİV-dən əldə olunan geniş statistik məlumatları ümumiləşdirir.
Universitetin məlumatına görə, ölənlərin sayı təxminən 51,5 minə çatıb.
Hazırda dünyanın 165 ölkəsində koronavirus aşkar olunub. Ən çox ölüm halları İtaliya (13 915), İspaniya (10 003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011) və Almaniyada (1001) qeydə alınıb.