Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi qələbə qazanıb - AÇIQLAMA

2 Aprel 2020 17:47 (UTC+04:00)
"2 apreldə Ermənistanın atəşkəs rejimini pozması ilə səhərin erkən saatlarında başlayıb 5 aprelde Moskvada imzalanan müqaviləyə qədər davam edən Dağlıq Qarabağdakı qarşıdurmalarda Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazanıb və bununla da işğal altındakı bəzi ərazilərini geri qaytarıb". SİA-nın məlumatına görə bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib. Diplomat bildiyib ki, münaqişə ilə Azərbaycan həm psixoloji, həm də mümkün ola biləcək yeni qarşıdurmalar baxımından müəyyən üstünlüklər qazanıb: "İşğalçı Ermənistana ağır itkilər verdirən bu zəfərin qazanılması canlarını qurban verən qəhrəman qardaşlarımızın sayəsində olub. Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik".