Xalq artisti bir aylıq əmək haqqını ianə edib

2 Aprel 2020 17:36 (UTC+04:00)

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. SİA-nın məlumatına görə, Ölkə başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. #evdəqal...biz birlikdə güclüyük! şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib. O, bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse Przezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa səsləyiblər. Biz bu müraciətlərə dəstək olmalıyıq.

O, bütün mədəniyyət və incəsənət xadimlərini də koronavirusla mübarizə aksiyasına qoşulmağa dəvət edib.