Qırğızıstan Prezidenti nazirləri işdən azad etdi və CƏZALANDIRDI

2 Aprel 2020 16:46 (UTC+04:00)

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkənin baş nazirinin müavini Altınay Omurbekovanın və səhiyyə naziri Kosmosbek Çolponbayevin vəzifələrindən azad olunması barədə sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə "Azattık" yazır. İnformasiyaya görə, qırğız dövlətinin başçısı respublika qərargahını və Səhiyyə nazirliyini sərt şəkildə tənqid edib və bunun səbəbini müvafiq qurum və şəxslərin koronavirus təhlükəsinin qarşısının alınması məsələsində öz işlərinin öhdəsindən gələ bilməmələri ilə əlaqələndirib. Prezident eyni zamanda Nazirlər Kabinetinin ayrı-ayrı üzvlərinin də koronavirusla mübarizədə boşluqlara yol vermələrinə görə cəzalandırılmaları təklifini irəli sürüb.