Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 15 nəfər müəyyən edilib

2 Aprel 2020 16:30 (UTC+04:00)

Ötən il qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib. SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanmsı istiqamətində 2019-cu ildə aparılan tədbirlər nəticəsində müqabil dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda 15 nəfər (12 Azərbaycan Respublikası, 1 Rusiya Federasiyası, 1 İran İslam Respublikası, 1 Gürcüstan vətəndaşı) və əməkdaşlığa cəlb edilmiş 1 nəfər (Azərbaycan Respublikası vətəndaşı) barədə məlumatlar əldə olunub, onlardan 6 nəfər barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb.