Bəhram Bağırzadənin təqdimatında müsabiqə

2 Aprel 2020 17:10 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə keçirilən #senetinledestekle #evdeqal çağırışına qoşulan tanınmış aktyor, rejissor Bəhram Bağırzadə aprelin 3-də evdən sizinlə görüşə gələcək.

İdarədən SİA-ya bildirilib ki, Bəhram Bağırzadə Azərbaycan milli cazının yaradıcısı Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə edəcəyi təqdimatında müsabiqə keçirəcək, qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək. Canlı yayımda suallarınızı @bakimedeniyyetidaresi "Instagram" hesabına göndərə bilərsiniz.