Koronavirusdan qorunmaq üçün əməl edəcəyimiz gigiyenik QAYDALAR

2 Aprel 2020 16:33 (UTC+04:00)

Mütəxəssislərin bəziləri koronavirusa yoluxma zamanı qızdırma, öskürək, halsızlıq, baş ağrısı və digər simptomların olduğunu desələr də, bəzi həkimlər heç bir symptom olmadan da virusa yoluxmanın mövcud olduğunu bildirirlər. Orqanizmdən fərqli olaraq xəstəlik yüngün və ya ağır şəkildə irəliləyə bilir. Tibdə buna yoluxmanın assimptomatik gediş deyilir. Heç bir siptomlara malik olmayan virus daşıyıcıları tez bir zamanda sağalır, hətta bəzən belə şəxslərin ümumiyyətlə müalicə alınmadan da sağaldığı bildirilir. Bu da deməkdir ki, koronavirusla bağlı hər birimizin risk qrupundayıq. Belə olan halda, özümüzü necə qorumalıyıq?

Tədqiqatçıların fikrincə, xəstəliyə yoluxmuş şəxs asqırdığı zaman damcı havada qalır, sonra ətrafa yayılan damcı vasitəsilə insanlar vorusa yoluxur. Eyni zamanda virus hopmuş çirkli səthə toxunaraq da xəstəliyə yoluxmaq mümkündür Ona görə də virusa yoluxmamaq üçün əllərinizi tez-tez sabunla və ya dezinfeksiyaedici maddələrlə təmizləmək mütləqdir.

Bundan başqa virusu geyimlər vasitəsilə də evlərə daşımaq mümkündür. Virusun paltarlarda 12 saat qalıcılıq qabiliyyətinə malik olduğunu nəzərə alaraq, çöldən gəldiyimiz geyimləri 60 və ya 90 dərəcədə yumaq lazımdır. Əgər buna imkan yoxdursa, o zaman geyimləri 4-5 saat müddətində eyvanda və ya açıq havada saxlaya bilərsiniz.

Mütəxəssislər market və ya bazarlardan alınan məhsulları evə gətirərkən onları ilk növbədə su ilə yumağı məsləhət görürlər. Hər kəs əşyaların haradan gəlməsinə diqqət etməli, 4-5 gündən artıq yolda olan məhsullarda koronavirus aşkarlanmasa da, hər ehtimal aldığımız əşyalarla diqqətli olmalı, onları dezinfeksiyaedici məhlullarla təmizləməliyik.

Mütəmadi istifadə etdiyimiz əşyaların da daim təmizlənməsi və dezinfeksiya edilməsinin vacibliyi bildirilir. Daha sonra çöldən evə gələrkən ayaqqabılarınızı salafana qoyun və ya alt hissəsini dezinfeksiya edin.

Aparılan araşdırma zamanı əlum olub ki, koronavirus çöl şəraitində olduğunuz zamanı əllərinizdə, saqqalınızda, dırnaqlarınızda və ya saçlarınızda da qala bilər. Ona görə də bu sahələrin təmizliyinə diqqət etmək tövsiyə olunur.