Koronavirusun asimptomatik daşıyıcıları barədə suallar cavablandı

2 Aprel 2020 12:03 (UTC+04:00)

Çin koronavirusun asimptomatik daşıyıcıları ilə bağlı sualları cavablandırıb və bildilib ki, koronavirusun asimptomatik daşıyıcıları ilə necə davranılacağını və hansı tədbirlərin görülməli olduğunu izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin "Huanqiu Shibao" nəşri Uhan Şəhər Sağlamlıq Komitəsinə əsaslanaraq məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, koronavirusun asimptomatik daşıyıcıları, məsələn, hərarət, öskürək və ya boğaz ağrısı olmayan insanlardır, lakin COVID-19-a patogenlər və ya tipli IgM antikorları hələ də onların hava yollarında mövcuddur.
Asimptomatik daşıyıcılar da infeksiya mənbəyi ola bilər və əlavə olaraq virusun başqa bir şəxsə ötürülməsi riski də var.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), koronavirusun əsasən xəstəliyin əlamətləri olan insanlar tərəfindən ötürüldüyünə inanır.