“Artıq epidemioloji araşdırmaların mənası yoxdur” Gürcü baş nazir

2 Aprel 2020 11:51 (UTC+04:00)

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 130-a çatıb. SİA xəbər verir ki, bu barədə Sputnik Qruziya hakimiyyətin StopCov saytına istinadən yazır.

Qeyd olunur ki, aprelin 2-də 117 yoluxan aşkarlanıb. 23 nəfər sağalıb. Karantində 5 437 nəfər saxlanılır, həkim nəzarətində isə 260 nəfərdir.

Daha öncə Gürcüstanın baş naziri İmedi televiziyasına verdiyi açıqlamasında bildirib ki, ölkə daxili sürətli koronavirus yayılması mərhələsinə keçir. Belə ki, artıq infeksiyanın nəzarətdən çıxan hallarına rast gəlinməkdədir. "Artıq epidemioloji araşdırmaların mənası yoxdur", deyə o bildirib.