Braziliyalı gənc yarımmüdafiəçi İspaniya nəhənglərinin maraq dairəsindədir

2 Aprel 2020 05:42 (UTC+04:00)

İspaniyanın “Real Madrid” və “Barselona” futbol klubları Braziliyanın “San-Paulu” komandasının yarımmüdafiəçisi İqor Qomesi transfer etmək niyyətindədir.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, hər iki klub 21 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, İ.Qomesin müqaviləsindəki təzminat qiyməti 50 milyon avrodur.