İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı 13155 nəfərə çatıb

2 Aprel 2020 02:28 (UTC+04:00)

İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəlikdən və onun fəsadlarından ölənlərin sayı sutka ərzində 727 nəfər təşkil edərək 13155 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

A.Borrelli deyib: "Sağalanların sayı 16,847 nəfərə çatıb. Bu göstərici ötən günə nisbətən 1 118 nəfər çoxdur. Ölənlərin sayı - 727 nəfərdir. Hal-hazırda 80 572 nəfər yoluxub ki, bu da ötən günə nisbətən 2 937 nəfər çoxdur".

Epidemiyanın başlandığından bəri yoluxanların, o cümlədən ölü və müalicə olunanların ümumi sayı 110 574 nəfər təşkil edib.