Koutinyo ölkəsi üçün koronavirusla mübarizə kampaniyasında iştirak edib

2 Aprel 2020 01:07 (UTC+04:00)

"Bavariya"nın futbolçusu Filipp Koutinyo koronavirusla mübarizə kampaniyasında iştirak edib.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin Rio-de-Janeyro şəhərinin insanlarına 20 ton humanitar yardım edib.

Paylanılacaq paketlərdə ərzaq və gigiyenik məhsullar yer alıb.